Bakıda 3 ölkənin XİN rəhbərlərinin görüşü keçiriləcək

Bakıda 3 ölkənin XİN rəhbərlərinin görüşü keçiriləcək

Fevralın 18-də Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, fevralın 19-da isə Gürcüstanın baş nazirinin müavini - Xarici İşlər naziri David Zalkalianinin Azərbaycana rəsmi səfərləri nəzərdə tutulub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Fevralın 19-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov, Gürcüstanın Baş nazirinin müavini - Xarici İşlər naziri David Zalkaliani və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə 9-cu üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Geri qayıt