Prezident Nəriman Həsənzadəni “İstiqlal” ordeni ilə təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. ONN media xəbər verir ki, sərəncamda bildirilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “İstiqlal” ordeni ilə təltif edilsin.