Əli Əsədovdan Naxçıvan dəhlizi ilə bağlı AÇIQLAMA

"Yeni tikiləcək Naxçıvan dəhlizi Türkiyə ilə Azərbaycan arasında ikitərəfli ticarət əlaqələrinin daha sürətli inkişafına imkan yaradacaq". ONN media xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan İş Forumunda çıxış edərkən deyib. Baş nazir qeyd edib ki, yeni tikiləcək Naxçıvan dəhlizi eyni zamanda, ölkələr arasında turizm əlaqələrinin inkişafına da ciddi təkan verəcək.