Bu istiqamətlərdə avtobuslar işləmir - SİYAHI

Bu istiqamətlərdə avtobuslar işləmir - SİYAHI

Hazırda Bakıda bəzi ərazilərdə meteoroloji amillər səbəbindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var. ONN media  xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb. Məlumata görə, aşağıdakı istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir: - Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri); - Günəşli; - Hövsan; - Şüvəlan; - Binə; - Badamdar; - Xırdalan; - Müşfiqabad; - Mehdiabad; - Digah; - Masazır dairəsi; - Kürdəxanı yolu; - Məmmədli və Yanardağ yolu; - Biləcəri enişi; - Xutor (Azadlıq prospekti istiqaməti); - Baksol yolu; - Zığ yolu; - Salyan şossesi; - Bibiheybət yolu; - Bakı dairəvi yolu.

Geri qayıt