SON DƏQİQƏ: Virusa yoluxanların sayı KƏSKİN ARTDI
Azərbaycanda koronavirus infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə ONN media -ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
