Qarabağda daha 3 erməninin meyiti tapıldı

Qarabağda daha 3 erməni əsgərinin meyiti tapılıb. ONN media xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Erməni əsgərlərin qalıqlarının Hadrut və Füzuli yaxınlığında tapıldığı bildirilib. "Meyitlərin şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşəcək”, - deyə qeyd olunub. Qeyd edək ki, bununla da 2020-ci il 14 noyabrdan bəri Qarabağdakı döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1499-a çatıb.