Xocalı aeroportu açılır? – YENİ XƏBƏR VAR
Xocalı aeroportunun 2021-ci ilin dekabrında açılacağı ilə bağlı xəbərlər yayılıb.
ONN media xəbər verir ki, Ermənistanın “İravunk” qəzeti yazır ki, aeroportdan Rusiyanın hərbi nəqliyyat təyyarələrinin istifadəsi üçün icazə verilə bilər.
“Xankəndi aeroportu 2021-ci ilin dekabrının birinci ongünlüyündə açıla bilər. Rusiya aviasiyasının hərbi nəqliyyat təyyarələri Xocalı aeroportundan Dağlıq Qarabağdakı humanitar mərkəzlərə xidmət üçün istifadə edəcək”- deyə nəşr iddia edir.
Xatırladaq ki, Xocalı aeroportu uzun illər ərzində Qarabağda fəaliyyət göstərən yeganə hava limanı olub. (modern.az)
