Məhkəmə Ata Abdullayevlə bağlı QƏRAR VERDİ

Səbail Rayon Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. ONN media xəbər verir ki, məhkəmə təqdimatı təmin edib. A.Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Ata Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirildiyi bildirilir.