Həbsdə olan sabiq icra başçısının məhkəməsinin vaxtı AÇIQLANDI

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxslərinin cinayət işi üzrə hazırlıq iclasının vaxtı məlum olub.
ONN media xəbər verir ki, onlar aprelin 6-da hakim qarşısına çıxarılacaqlar.
Proses Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Nizami Quliyevin sədrliyi ilə keçiriləcək.