Bakıda bu yollarda TIXAC VAR

Bakıda bu yollarda TIXAC VAR

Biləcəri dairəsi yaxınlığında  yük avtomobili aşdığından Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Bu barədə ONN media -ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir. Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb.
Geri qayıt