Azərbaycan, Rusiya və Ermənistan XİN başçıları görüşəcək

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək.
ONN media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 26-da bildirib.
Onun sözlərinə görə, Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla da görüşəcək.
Görüş aprelin 2-də MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində keçiriləcək.