Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başladı

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı vəzifəsinin icrasına başlayıb. Bu barədə Türkiyə səfirliyinin "Twitter" səhifəsində bildirilib. Qeyd olunur ki, aprelin 19-da Bakıya gəlmiş C.Bağcı səfirliyin əməkdaşları ilə tanış olub. Xatırladaq ki, C.Bağcı aprelin 3-də Türkiyənin Azərbaycandakı səfir təyin olunub