Daha bir şəhidimizin nəşi tapıldı

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb. ONN media xəbər verir ki, döyüşlərin ilk günlərindən itkin düşən Mingəçevir sakini, 1990-cı il təvəllüdlü Pərviz Hafiz oğlu Tağıyevin nəşi Suqovuşan-Tərtər istiqamətində aşkarlanıb. Onun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib. P.Tağıyev bu gün saat 14:00-da Mingəçevir Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, P.Tağıyev subay idi.