SON DƏQİQƏ: Xalq şairi Musa Yaqub vəfat etdi

SON DƏQİQƏ: Xalq şairi Musa Yaqub vəfat etdi

Xalq şairi Musa Yaqub vəfat edib. ONN media  xəbər verir ki, Xalq şairi bu gün 84 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Məlumata görə, Xalq şairi doğulduğu Buynuz kəndində həyat yoldaşının məzarı yanında torpağa tapşırılacaq. Qeyd edək ki, bir müddət öncə onun qardaşı Saməddin Yaqubov qəfildən vəfat etmişdir. Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. O, 24 may 2019-cu ildə Azərbaycan Respublikasının "Xalq şairi" fəxri adına layiq görülüb.

Geri qayıt