Azərbaycanda 251 kilometrlik velosiped yolu çəkiləcək

Bakıda velosiped yolunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər davam etdirilir. ONN media xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki, artıq bununla bağlı Dənizkənarı Milli Park ərazisində 7, 5 kilometr velosiped yolu çəkilib: "Bu proses davam etdirilir, 2023-cü ilə qədər Bakıda 63.5 kilometr uzunluğunda velosiped yolu olacaq. 2040-cı ildə isə Azərbaycanda 251 kilometr uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır".