MN-dən təlimlər barədə SON DƏQİQƏ AÇIQLAMASI

Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir. Bu barədə ONN media -ya Müdafiə Nazirliyindən məlumat verilib. Təlimlərin planına uyğun olaraq qərargahlarda vəziyyətin qiymətləndirilməsi aparılır və müvafiq tapşırıqlar verilir. Qəbul edilmiş qərarlara müvafiq olaraq raket və artilleriya bölmələri tapşırıqları icra edir.