İri ticarət mərkəzləri və idman zalları açılır - BU TARİXDƏN

İyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək. ONN media xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın brifinqdində deyib. Onun sözlərinə görə, karantin qaydalarına uyğun olaraq maska taxılması və məsafənin qorunması vacibdir. O bildirib ki, iyunun 10-dan etibarən ölkədə fəaliyyət göstərən iri ticarət mərkəzləri fəaliyyətini bərpa edəcək.