Restorana çılpaq girən qadın hər yeri dağıtdı

Restorana çılpaq girən qadın hər yeri dağıtdı

ABŞ-ın Florida ştatında bir qadın çılpaq şəkildə restorana girərək içki şüşələrini sındırmağa başlayıb. ONN media  xəbər verir ki, hadisə ştatın Okala şəhərində baş verib. 53 yaşlı Tina Kindred çılpaq şəkildə ət restoranına daxil olub və içki şüşələri və digər əşyaları yerı atmağa başlayıb. Qadına dəfələrlə dayanmaq barədə göstəriş verilsə də, o məhəl qoymayıb. T.Kindred hətta restorana gələn polislərə də şüşə atmağa başlayıb. Qadının restorana vurduğu zərərin miqdarı açıqlanmayıb. Müayinələr nəticəsində onun içkili olmadığı, ancaq marixuanadan istifadə etdiyi müəyyənləşib. Tina Kindred 6 iyunda hakim qarşısına çıxarılacaq.

Geri qayıt