Putinlə Baydenə görə bu ölkə hava məkanını bağlayır
İsveçrə hökuməti Baydenlə Putinin görüşüylə əlaqədar hava məkanına girişi qismən məhdudlaşdıracaq.
ONN media xəbər verir ki, uçuşların özəlliklə Cenevrədəki Millət Saray üzərində məhdudlaşdırılacağı bildirilib.
Məhdudiyyətin iyunun 15-dən 17-nə qədər qüvvədə qalacağı bildirilib. İsveçrə Hərbi Hava Qüvvələrinin məhdudiyyətlərin gerçəkləşməsinə nəzarət edəcəyi vurğulanıb.
Cenevrəyə, həmçinin 1000-ə yaxın hərbçinin yerləşdiriləcəyi qeyd edilib. Onlar şəhərdəki xarici ölkə nümayəndəliklərini qoruyacaq.
Qeyd edək ki, Baydenlə Putin iyunun 16-da görüşəcək.(axar.az)
