Daha iki erməni Azərbaycan tərəfə keçdi

Zəngəzurun Tex kəndinin iki sakini təsərrüfat işləri görən zaman Azərbaycan tərəfə keçib.
ONN media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“İyunun 12-də traktorla təsərrüfat işləri aparan Tex kəndinin iki sakini azaraq Azərbaycan ərazisinə keçib. Azərbaycan və Ermənistan hərbçiləri, eləcə də rus sülhməramlılarının arasında aparılan danışıqdan sonra kəndlilər və traktor qaytarılıb”, - məlumatda qeyd olunub.(axar.az)