Daha bir Milli Qəhrəmanın məzarı bərpa edildi

Azərbaycanın Milli Qəhrəmanı Vasiliy Əliyevin Qubadlıda ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.
ONN media xəbər verir ki, Milli Qəhrəmanın məzarına yeni başdaşı və sinə daşı qoyulub.
Qeyd edək ki, bir neçə gün əvvəl Qubadlının Qəzyan kəndində Milli Qəhrəman Əliyar Əliyevin məzarı da bərpa edilib.