Motosikletdən istifadə qadağan edildi

Əfqanıstanın paytaxtı Kabildə motosiklet istifadəsinə müvəqqəti qadağa qoyulub.
ONN media xəbər verir ki, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Tarix Aryen məlumat yayıb.
Qadağanın artan təhlükəsizlik təhdidləri səbəbindən tətbiq olunduğu bildirilir.