Türkiyə, Azərbaycan və Gürcüstan birgə hərbi təlimlər keçirəcək

Türkiyə, Azərbaycan və Gürcüstanın iştirakı ilə birgə hərbi təlimlər keçiriləcək.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təlimlər 4-8 oktyabr tarixlərində keçiriləcək.
Bildirilib ki, bu gün "Eternity-2021" təlimlərinin ilk planlaşdırma iclası baş tutub.