Türkiyədə yanğınlarla bağlı SON VƏZİYYƏT

Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli yanğınlarla bağlı son vəziyyəti açıqlayıb.
ONN media bildirir ki, nazir 5 əyalətdə 13 yanğının davam etdiyini bildirib.
Onun sözlərinə görə, son 11 gündə 47 əyalətdə 209 meşə yanğını nəzarət altına alınıb. Nazir hazırda bu istiqamətdə işlərin davam etdirildiyini bildirib.