Müsəlmanlara ŞAD XƏBƏR: Sabahdan başlayır

Müsəlmanlara ŞAD XƏBƏR: Sabahdan başlayır

Səudiyyə Ərəbistanı hökuməti sabahdan etibarən xaricdən Ümrə ziyarətləri üçün müraciətlərin başlayacağını və 1 ay ərzində 2 milyon ziyarətçinin qəbul ediləcəyini açıqlayıb.

ONN media  xəbər verir ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirinin müavini Əbdülfəttah bin Süleyman Kəbənin də daxil olduğu Məscidül-Həramın xarici ölkələrdən gələn ümrəçiləri qarşılamağa hazır olduğunu bildirib.

Müraciətlərin "Eatmarna" tətbiqi vasitəsi ilə həyata keçiriləcəyini ifadə edən nazir müavini hər gün 60 min insanın qəbul ediləcəyini deyib.

Ümrə ziyarətinə gəlmək, Məscidül-Həram və Məscidül-Nəbidə namaz qılmaq üçün əsas şərt Səudiyyə Ərəbistanında təsdiqlənmiş COVID-19 peyvəndi vurdurmaq və zəvvarların vaksin olunduqlarını göstərən sənədin olmasıdır.

Geri qayıt