Britaniyadan etiraf: UNO-ların varlığını qəbul edirik
Britaniya hökuməti olduqca diqqətli şəkildə yadplanetli və UNO-ların varlığı ilə bağlı açıqlamasını formulə etməlidir. Hərbi nazirlər yadplentlilərin varlığı ilə bağlı faktları inkar edə bilmirlər.
ONN media xəbər verir ki, bu barədə “Daily Star Sunday”a Böyük Britaniya Müdafiə Nazirliyindəki mənbə deyib.
Qeyd olunub ki, Britaniya Müdafiə Nazirliyində 50 il ərzində yadplentlilərin müşahidə olunması ilə bağlı mütəmadi məlumatlar aldıqlarını etiraf edirlər:
“Bununla yanaşı hökumət rəsmən bəyan edir ki, indiyə kimi heç bir NLO ölkənin təhlükəsizliyini təhdid altında qoymayıb, məmurların onların olması barədə şübhələri yoxdur”.
