Ərdoğan ÜZÜCÜ XƏBƏR VERDİ: Ölənlərin sayı artdı

Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Twitter" səhifəsində paylaşım edib.
Türkiyə lideri bildirib: "Kastamonu, Sinop və Bartın əyalətlərində 17 vətəndaşımızın daşqınlar nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verirəm".
Türkiyə Prezidenti qeyd edib ki, daşqınlar baş verən ərazilərdə intensiv işlər həyata keçirilir.