Azərbaycanda yoluxma KƏSKİN ARTDI - Bu qəsəbəyə GİRİŞ-ÇIXIŞ BAĞLANDI
Göyçay rayonunun Qaraməryəm kəndində "Kompleks" adlı kiçik qəsəbədə koronavirusa kütləvi yoluxma qeydə alınıb.
ONN media bu barədə Baku.ws-ə istinadən məlumat verir.
Məlumata görə, yoluxanların sayının çox olması səbəbindən yerli polis qəsəbəyə girişi bağlayıb və kənardan gələn adamları qəsəbəyə buraxmır.
Bir neçə saat öncə qəsəbə sakinlərindən biri vəfat edib və dəfn olunmaq üçün Mingəçevirə aparılacaq.
