SON DƏQİQƏ: Ölkəsini tərk edən prezident xəstəxanaya yerləşdirildi

Əfqanıstan Xarici İşlər Nazirliyinin keçmiş müşaviri Fəhriddin Qarizadə, ölkəni tərk edən prezident Əşrəf Qaninin Əbu -Dabidəki xəstəxanaya yerləşdirildiyini iddia edir.
Bu barədə TASS İranın "Gənc Jurnalistlər Klubu" agentliyinə istinadla məlumat yayıb.
"Əbu -Dabidə olan keçmiş Əfqanıstan Prezidentinin səhhətinin pisləşməsi ilə bağlı məlumatlar var. Bir sıra diplomatik mənbələrə görə, Qani bir neçə saat əvvəl müalicə üçün xəstəxanaya göndərilib", - Qarizadə bildirib.