Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - YENİ TƏYİNATLAR

Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - YENİ TƏYİNATLAR

Lənkəran Şəhər Polis şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Rahid Əsgərov vəzifəsindən azad olunaraq Lerik Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub.

ONN media xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Lənkəran Şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə polis mayoru İltifat Yusifov təyinat alıb.(unikal.org)

Geri qayıt