Türkiyədə zəncirvari qəza: 12 nəfər xəsarət aldı

Türkiyədə zəncirvari qəza: 12 nəfər xəsarət aldı

Türkiyədə zəncirvari yol qəzası baş verib.

Bu barədə ölkə mətbuatı məlumat yayıb.

Bildirilib ki, hadisə Sakarya vilayətində qeydə alınıb. Geyvə rayonunda 4 avtomobilin toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım və polis cəlb edilib. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, xəsarət alanlar arasında uşaqlar da var.

Qəzaya uğrayan avtomobillərdən biri təcili tibbi yardım maşınıdır. Hadisənin başvermə səbəbi və şəraiti açıqlanmır.

Geri qayıt