Pəncşirə aparan yollar QAN İÇİNDƏ: 600 silahlı öldürüldü, 1000-dən çoxu əsir götürüldü

Pəncşirə aparan yollar QAN İÇİNDƏ: 600 silahlı öldürüldü, 1000-dən çoxu əsir götürüldü

"Səhər Pəncşirin müxtəlif bölgələrində təxminən 600 "Taliban" terrorçusu məhv edildi. Mindən çoxu əsir alındı ​​və ya təslim oldu".

ONN media xəbər verir ki, bunu Pəncşir əyalətindəki Əfqanıstan Müqavimət Qüvvələrinin sözçüsü Fahim Daşti deyib.

Onun sözlərinə görə, silahlılar digər əyalətlərdən təchizat almaqda çətinlik çəkiblər.

"Al-Jazeera" telekanalının "Taliban"dakı mənbələrə istinadla verdiyi xəbərə görə, Pəncşirdə hücum bölgənin paytaxtı Bazaraka gedən minalanmış yollarla yavaşlatılıb. Bu səbəbdən, "Taliban" Pəncşir vilayətinin iqamətgahına girə bilmir.

Geri qayıt