SON DƏQİQƏ: Azərbaycanda həbs edilmiş icra başçısı öldü

SON DƏQİQƏ: Azərbaycanda həbs edilmiş icra başçısı öldü

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nizaməddin Quliyev vəfat edib.

ONN media xəbər verir ki, N.Quliyev sentyabrın 7-də saxlanıldığı təcridxanda ölüb. Keçmiş icra başçısının Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, N.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.(report)

Geri qayıt