Fəxrəddin Qoca TARİXİ AÇIQLADI: kütləvi istehsal başlaya bilər

Bu ilin oktyabrında Türkiyənin yerli vaksini olan TURKOVAC-ın kütləvi istehsalına başlanıla bilər.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bu gün keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, yerli vaksinin istifadəsi təsdiq mərhələsindədir: "Əgər təsdiqlənərsə, oktyabrda kütləvi istehsalına başlayacağıq".