Avropa İttifaqı Ermənistanı "qırmızı zona"ya daxil etdi

Avropa İttifaqı Ermənistanı "qırmızı zona"ya daxil etdi

Avropa İttifaqı növbəti dəfə Ermənistanı COVID-19-a yoluxma hallarının kəskin artması səbəbi ilə Aİ standartlarına uyğun olaraq epidemioloji təhlükənin yüksək olduğu "qırmızı zona" siyahısına əlavə edib.

Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu, Ermənistan vətəndaşlarının Aİ-yə girişinə dair məhdudiyyətlərin sərtləşə biləcəyi anlamına gəlir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) COVID-19 ilə bağlı vəziyyəti, yeni halların sayını və peyvəndlərin səviyyəsini nəzərə alaraq hər iki həftədə bir epidemioloji cəhətdən təhlükəsiz ölkələrin siyahısını yeniləyir.

Qeyd edək ki, bu gün Ermənistanda daha 587 nəfər COVID-19-a yoluxub.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 246997-yə çatıb. Son sutkada koronavirusdan 14 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4968-ə yüksəlib.

Koronavirusa yoluxan 230820 nəfər sağalıb. Hazırda 10040 pasiyent müalicə olunur.

Geri qayıt