Mirələmovun yerinə bu tanınmış şəxs sədr seçildi

Yeni Azərbaycan Partiyasınının Xətai rayon təşkilatına yeni sədr seçilib.
ONN media xəbər verir ki, yeni sədr "İki sahil” qəzetinin baş redaktoru, YAP-ın üzvü Vüqar Rəhimzadədir.
Qeyd edək ki, YAP Xətai rayon təşkilatının sabiq sədri Hüseynbala Mirələmov xanım işçisinə qarşı qeyri-əxlaqi hərəkətini əks etdirən video yayıldığına görə, aprel ayında tutduğu vəzifəsindən xaric edilib.(unikal.org)