Çavuşoğlu Sani ilə Əfqanıstanı müzakirə etdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə telefon danışığı aparıb.
ONN media xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.
"Günə Qətər xarici işlər naziri qardaşım əs-Sani ilə Əfqanıstandakı hadisələri və ikitərəfli əlaqələrimizi müzakirə etməklə başladıq", - Çavuşoğlu bildirib.