Bu siniflərdə Azərbaycan dili üzrə saatlar artırıldı

“Tədrisin başqa dillərdə olduğu siniflərdə Azərbaycan dili fənninin tədrisinin artırılması nəzərdə tutulub”.
ONN media xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.
"Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədrisin digər dillərdə aparıldığı siniflərdə Azərbaycan dili fənni üzrə saatlar 2 dəfə artırılıb. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bunu yaxşı qarşılayacaq", - deyə nazir əlavə edib.