İcra başçısının oğlu polis sistemindən çıxarıldı

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından xaric edilib.
ONN media bildirir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Ş.Hüseynov öz ərizəsi ilə işdən çıxarılıb.
Qeyd edək ki, məlumatı ilk dəfə "Qafqazinfo" yayıb.