Sumqayıtda gecəyarısı ağır qəza - ÖLƏN VAR

Sentyabrın 15-də saat 1 radələrində Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
ONN media xəbər verir ki, şəhərin Koroğlu küçəsində şəhər sakini M.Dadaşov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.