SON DƏQİQƏ: Bakıda insan sümükləri tapıldı

Paytaxtın Yasamal rayonu, kənar dairəvi yol, Qanlıgölün qərb hissəsində, köməkçi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan qatları arasında 3 ədəd insan kəllə sümüyünə bənzər qalıqların, o cümlədən insan skeletinin digər hissələrinin aşkar olunması faktı ilə bağlı hazırda Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə ONN media Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə əraziyə baxış keçirilib, aşkar olunmuş insan skeletinə bənzər sümüklər müvafiq qaydada qablaşdırılaraq götürülüb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.