NASA bir ilkə imza atdı

NASA bir ilkə imza atdı

NASA-nın kosmik daşımalarından məsul olan “SpaceX” tərəfindən kosmosa göndərilən və hər biri mülki əhali olan kosmonavtlardan ilk rəsmlər nümayiş olunub.

ONN media  xəbər verir ki, tarixdə ilk dəfə olaraq NASA-nın Floridadakı Kennedi Kosmos Mərkəzinin mülki kosmonavtları “Inspiration 4” missiyası çərçivəsində Yer kürəsinin orbitinə çatıblar.

3 günlük kosmik səyahət çərçivəsində “kosmos turistləri” adlanan komandadan ilk görüntülər paylaşılıb.

Onların hər 90 dəqiqədən bir dünyanın ətrafında dönəcəkləri bildirilib.

Geri qayıt