Koronaya yoluxan gənclərin vəziyyətinin ağırlaşması…

Koronaya yoluxan gənclərin vəziyyətinin ağırlaşması…

Son həftələr koronavirusa yoluxan gənclərin vəziyyətinin daha tez ağırlaşması müşahidə olunur.

ONN media  xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

O qeyd edib ki, hazırda ölkədə koronavirusun delta variantı yayılmaqda davam edir:

“Delta variantına yoluxan zaman gənclərdə yüksək hərarət davam edir, xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir. Kompüter tomoqrafiyası (KT) müayinəsində ağciyərlərin 70-80, hətta 90% zədələnməsi aşkar edilir”.

Qeyd edək ki, son rəsmi statistikaya görə, Azərbaycanda koronavirusa yoluxanların 16 faizi 20-29 yaş, 21 faizi isə 30-39 yaş arası gənclərdir.

Geri qayıt