Taksi sürücülərinin nəzərinə: Korona pasportu... - VİDEO

Taksi sürücülərinin nəzərinə: Korona pasportu... - VİDEO

Oktyabrın 1-dən taksi sürücülərindən də 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq.

ONN media  xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Xəzər xəbər”ə açıqlamasında taksi fəaliyyəti ilə məşğul olan şəxslərin mütləq qaydada koronavirusa qarşı peyvəndin ikinci dozasını qəbul etməli olduğunu bildirib.

Onun sözlərinə görə, sürücülər immunitet sertifikatı alaraq da sərnişindaşıma fəaliyyəti göstərə bilərlər:

“Müəyyən olunan qaydaya görə, taksi fəaliyyəti ilə məşğul olan şəxslər sentyabrın 1-dən 1 doza, oktyabrın 1-dən 2-ci doza vaksinasiyadan keçməlidir”.

https://youtu.be/9gq_8FFXxrI
Geri qayıt