Yeni dərs ilində şagirdlər partada necə əyləşəcək?

Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili bu gündən etibarən başlayıb.
ONN media xəbər verir ki, ötən tədris ilində pandemiya şəraiti nəzərə alınaraq sinif 2 qrupa bölünürdü və şagirdlər parta arxasında tək-tək əyləşdirilirdi.
Bəs bu il vəziyyət necədir? Şagirdlər parta arxasında hansı qaydada əyləşir?
Bu barədə Təhsil Nazirliyindən Bakupost.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlər dərsdə bütöv sinif şəklində iştirak edəcəklərinə görə parta arxasında iki şagird birgə əyləşəcək.