NATO-nun beş gəmisi Gürcüstana gəldi
NATO-nun beş gəmisi Gürcüstanın ərazi sularına daxil olub.
ONN media xəbər verir ki, bu məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Gəmilərin NATO İkinci Daimi Mina Əleyhinə Qrupunun tərkibində yer aldığı bildirilib.
Ölkəyə gələn gəmilərin İspaniya, İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyəyə aid olduğu vurğulanıb.
