Bayramov Yakub Kulhaneklə təkbətək görüşdü

Bayramov Yakub Kulhaneklə təkbətək görüşdü

Hal-hazırda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Çex Respublikasının xarici işlər naziri Yakub Kulhanek arasında təkbətək görüş keçirilir.

ONN media  xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində məlumat verilib.

Xatırladaq ki, Çex nazir bu gün Azərbaycana rəsmi səfərə gəlib. Daha əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib.

Geri qayıt