SON DƏQİQƏ: İranda güclü zəlzələ baş verdi

SON DƏQİQƏ: İranda güclü zəlzələ baş verdi

İranın cənub-qərbindəki Buşehr vilayətində 5,2 bal gücündə zəlzələ baş verib.

ONN media  xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzinin yaydığı məlumata görə, episentri Buşehr vilayətnin Günavə rayonunda olan zəlzələ yerli vaxtla saat 04:45-də qeydə alınıb.

Zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Yeraltı təkanlardan sonra bölgəyə axtarış-xilasetmə qrupları göndərilib. İndiyə qədər 4 nəfərin yaralandığı açıqlanıb.

Geri qayıt