Oğlundan Səyyad Əlizadə ilə bağlı paylaşım - FOTO

63 yaşında dünyasını dəyişən Səyyad Əlizadənin oğlu Atabəy atası ilə bağlı sosial şəbəkədə paylaşım edib.
ONN media xəbər verir ki, o, atasının fotosunu yayımlayaraq "Həmişə qəlbimizdə yaşayacaqsan, canım atam" sözlərini qeyd edib.
Atabəy daha sonra ifaçının məzarının görüntülərini pylaşıb.
Qeyd edək ki, 63 yaşlı müğənni koronavirusa yoluxmuşdu. Həkimlər ifaçının səhhətinin ağır olduğunu, ciyərlərinin 80 faiz buzlaşdığını deyib. S.Əlizadə uzun müddətdir süni komada saxlanılırdı.

Müğənni öz vəsiyyəti ilə Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında dəfn edilib.