Saakaşviliyə hər cür dəstək veriləcək - RƏSMİ KİYEV

Mixail Saakaşvili Ukrayna vətəndaşıdır, ona görə də Kiyevdən bütün vacib dəstəyi alacaq.
ONN media xəbər verir ki, bunu Ukrayna Xarici Oşlər naziri Dmitri Kuleba deyib.
“O, bizim vətəndaşdır, biz ona müvafiq dəstəyi verəcəyik. Bu gün səhər, düşünürəm ki, Gürcüstan səfirliyinin nümayəndəsi bizim çağırışımızla XİN-ə gələcək və onunla hər şey aydınlaşdırılacaq. Ukraynanın hər vətəndaşını bəlaya düşəndə qoruyuruq”, – deyə o bildirib. (axar.az)